Finss.az xəbər verir ki, qızıl qiymətləri dünyanın aparıcı mərkəzi bankirlərinin Cekson Hole illik iqtisadi simpoziumu ərəfəsində ucuzlaşır.
Comex birjasında dekabr ayı qızıl fyuçersləri Moskva vaxtı ilə saat 14:02-də 0,6% azalararaq 1 unsiya üçün 3369 dollar səviyyəsinə düşüb.
ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel avqustun 22-də simpoziumda çıxış edəcək. Bazar iştirakçıları onun çıxışını əsas faiz dərəcəsinin gələcək trayektoriyası ilə bağlı siqnallar üçün yaxından izləyir.
Hazırda bazar sentyabr iclasında 25 baza bəndi endirim gözləyir. Pul siyasətinin yumşaldılması isə adətən qızıl qiymətlərinə müsbət təsir göstərir.